Bakı 3˚C Showers

Avropada qazın qiyməti kəskin ucuzlaşıb

Biznes 11:07 07 okt, 2021

Avropada qazın qiyməti 600 dollar ucuzlaşıb

Avropada qazın qiyməti kəskin ucuzlaşıb

Avropada təbii qazın qiyməti hər min kubmetrə görə 1 937 ABŞ dollarına çatdıqdan sonra ötən günün sonunda 600 ABŞ dollarından da çox ucuzlaşıb.

Qazet.az xəbər verir ki, bu barədə Prime saytı məlumat verib.

Belə ki, noyabr qaz fyuçerslərinin qiyməti ticarətin açılışında hər min kubmetr üçün 1 550 ABŞ dollarını keçərək, maksimum həddə - min kubmetr üçün 1 937 ABŞ dollarına çatıb.

Ticarət sessiyasının sonunda fyuçerslərin qiyməti min kubmetr üçün 1 258,2 ABŞ dolları təşkil edib.

Mənbə