Bakı 19˚C Sunny

Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 800 dolları ötüb

Gündəm 16:17 21 dek, 2021

6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb

Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 800 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti cari ilin oktyabr ayının əvvəlindən ilk dəfə 1 800 ABŞ dollar həddini ötüb.

Qazet.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, 21 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 803 dollar təşkil edib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.