Avropada qazın qiyməti yenidən 1 000 ABŞ dollarını ötüb
Biznes
16:10 29 sen, 2021
Avropada qazın qiymətləri sürətlə artmaqdadır

Dünənki korreksiyadan sonra Avropanın fyuçers bazarında qazın qiyməti yenidən 1 000 kubmetr üçün 1 000 ABŞ dollarını ötüb.
Qazet.az xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın noyabr fyuçerslərinin qiyməti günə 1 000 kubmetr üçün 955 ABŞ dolları ilə başlasa da, sonradan bir qədər korreksiyaya uğrayıb və daha sonra 1 000 ABŞ dollarına çatıb. Bakı vaxtı ilə 11.25-də isə qiymət 1 024 ABŞ dolları səviyyəsinədək yüksəlib.
Ümumiyyətlə, son həftələrdə Avropada qazın qiymətləri sürətlə artmaqdadır. Belə ki, hələ avqustun əvvəllərində TTF indeksi üzrə 1 000 kubmetr qazın qiyməti 515 ABŞ dolları təşkil edirdisə ayın sonlarında qiymət 600 ABŞ dolları səviyyəsinədək yüksəlib.