Bakı 21˚C Windy

Avropada qazın qiyməti yenidən artıb

Biznes 11:51 08 dek, 2021

Ümumilikdə sessiya ərzində minimum qiymət 1 086 ABŞ dolları, maksimum isə 1 128 ABŞ dolları olub

Avropada qazın qiyməti yenidən artıb

Avropada qaz fyuçerslərinin qiymətləri ticarət sessiyasının sonunda yenidən artıb.

Qazet.az xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.

Qazın qiyməti 6,5% artaraq min kubmetr üçün 1 119 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Niderland TTF indeksi üzrə yanvar fyuçerslərinin dəyəri ticarət sessiyasının əvvəlində 1 104 ABŞ dolları təşkil edib.

Ümumilikdə sessiya ərzində minimum qiymət 1 086 ABŞ dolları, maksimum isə 1 128 ABŞ dolları olub.