Avropada qazın qiyməti yenidən aşağı düşüb
Biznes
11:23 22 okt, 2021
Avropada qazın qiyməti 1000 dollar ətrafında qərarlaşıb

Avropadakı noyabr qaz fyuçerslərinin qiyməti bugünkü ticarət sessiyasının sonunda 6 % düşərək min kubmetr üçün 1 050 ABŞ dolları olub.
Qazet.az xəbər verir ki, bunu ICE Futures üzrə ticarət məlumatları göstərir.
Noyabr qaz fyuçerslərinin qiyməti TTF indeksinə görə ticarətin açılışında min kubmetr üçün 1 130 ABŞ dolları olub.
Qeyd edək ki, fyuçerslərin dinamikası birjada əvvəlki ticarət gününün hesablaşma qiyməti ilə ölçülür.
Avropada qazın qiyməti son aylarda kəskin artıb. Oktyabrın 6-da isə min kubmetr üçün tarixi maksimuma - 1 937 ABŞ dollarına çatıb.