Avropada qazın qiymətində tarixi maksimum qeydə alınıb
Gündəm
15:05 30 sen, 2021
Fyuçerslərinin qiyməti günün əvvəlindən 5%-ə yaxın artaraq 1 101,6 dollara yaxınlaşıb
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 100 ABŞ dolları həddini ötüb.
Bu barədə Qazet.az APA-Economics'ə istinadən xəbər verir.
Məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 5%-ə yaxın artaraq 1 101,6 dollara yaxınlaşıb.