Bakı 30˚C Sunny

Avropada təbii qaz ucuzlaşıb

Gündəm 16:23 18 noy, 2021

Bu dünənki qiymətlərdən 3,4 faiz azdır

Avropada təbii qaz ucuzlaşıb

Londondakı “İCE Futures“ birjasında bugünkü hərracın əvvəlində təbii qaz 1072 ABŞ dollarınadək ucuzlaşıb.

Qazet.az xəbər verir ki, bu da dünənki qiymətlərdən 3,4 faiz azdır.

Belə ki, TTF onlayn qaz satışı mərkəzindən qazın dekabr fyüçersləri 1120 dolardan başlayaraq Bakı vaxtı ilə saat 12-də 1089 dollaradək geriləyib.

Qeyd edək ki, noyabrın 12-dən 17-dək qazın orta qiyməti 25 faiz artaraq 1110 dollara çatmışdı.