Bakı 21˚C Windy

Avropada təbii qaz ucuzlaşır

Biznes 16:36 10 yan, 2022

Bu ucuzlaşma həm ABŞ-dan LNG idxaklının artması, həm də yerli elektrik enerjisi istehsalında külək qurğuları payının artması ilə əlaqələndirilir

Avropada təbii qaz ucuzlaşır

Avropada təbii qazın qiyməti bu gün 1000 dollarlıq həddindən aşağı düşüb.

Qazet.az  xəbər verir ki, Londonun “İCE Futures” birjasında qazın fevral fyüçersləri əvvəlcə 1034 USD/1000 kubmetrədək bahalaşıb, sonra da 965 dollaradək geriləyib.

Xatırladaq ki, regionda qazın qiymətləri dekabrın 21-də 2190,4 dollarlıq tarixi rekord rəqəmindən sonra azalaraq ötən ilin son günü ,noyabrın 10-dan bu yana ilk dəfə 800 dollardan aşağı düşmüşdü. Bu ucuzlaşma həm ABŞ-dan LNG idxaklının artması, həm də yerli elektrik enerjisi istehsalında külək qurğuları payının artması ilə əlaqələndirilir.