Avropada təbii qazın qiyməti 1 350 dolları keçdi
Gündəm
19:10 05 okt, 2021
Fyuçerslərin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 1 360,6 ABŞ dollarına çatıb
Avropada qazın qiyməti hər 1 000 kubmetr üçün 1 350 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.
Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 1 360,6 ABŞ dollarına çatıb.
Ötən həftə Avropada “mavi yanacağ"ın qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kübmetr üçün 1 000 ABŞ dollarını, daha sonra isə 1 100 ABŞ dollarını keçdi.