Bakı 28˚C Cloudy

Avropada təbii qazın qiyməti 1 884 dollara düşüb

Xəbərlər 15:11 01 okt, 2022
Avropada təbii qazın qiyməti 1 884 dollara düşüb

Sentyabr ayının yekunlarına görə, Avropada təbii qazın qiyməti avqust ayı ilə müqayisədə 24 % düşüb və min kubmetr üçün 1 884 ABŞ dolları təşkil edib.

Bu barədə Qazet.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Məlumata görə, əgər sentyabr ayında Avropada təbii qazın min kubmetrinin orta qiyməti 2 093 təşkil edibsə, avqust ayında bu göstərici 2 515 dollar olub.