Avropada təbii qazın qiyməti rekord həddə bahalaşdı
Biznes
11:27 15 sen, 2021
“Mavi yanacağ”ın qiyməti 3 gündür tarixi yüksəlişdədir
![Avropada təbii qazın qiyməti rekord həddə bahalaşdı](https://qazet.az/resized/fit900x500/center/pages/25369/b19039a5-db7c-4084-b663-d43eecd91066.jpeg)
Avropada qazın qiyməti hər 1 000 kubmetrinin qiyməti 840 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.
Bu barədə Qazet.az ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 842,5 ABŞ dollarına çatıb.
Beləliklə “mavi yanacağ"ın qiyməti ardıcıl olaraq 3-cü gündür ki, tarixi maksimumları yeniləyir.