Bakı 6˚C Mostly sunny

Avropada təbii qazın qiyməti yenidən min avronu ötdü

Biznes 16:24 16 noy, 2021

Ötən sutka ilə yanaşı qiymətlər 5,7 faiz artıb

Avropada təbii qazın qiyməti yenidən min avronu ötdü

Avropa birjalarında təbii qazın qiymətləri yenidən min kubmetr üçün 1000 avro həddini keçib.

Qazet.az xəbər verir ki, noyabrın 16-da Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 036 avro olub.

Ötən sutka ilə yanaşı qiymətlər 5,7 faiz artıb.

Xatırladaq ki, Avropa birjalarında təbii qazın qiymətləri oktyabr ayında 1 950 dollaradək bahalaşmışdı.