Bakı 2˚C Partly sunny

Avropada təyyarələrdə zəng etməyə və internetdən istifadəyə icazə verildi

Cəmiyyət 05:00 30 noy, 2022
Avropada təyyarələrdə zəng etməyə və internetdən istifadəyə icazə verildi

Avropa Komissiyası Avropa daşıyıcılarına öz təyyarələrində ən son 5G texnologiyasını quraşdırmaq imkanı verən yeni qaydanı təsdiqləyib. Qurumun saytında bildirilir ki, yenilik turistlərə uçuş zamanı zəng vurmağa və internetdən istifadə etməyə imkan verəcək.

Qazet.az-ın məlumatına görə, komissiyanın qərarında deyilir: "Aİ-yə uçuşlar zamanı sərnişinlərə 5G quru mobil şəbəkəsində olduğu kimi maksimum performans və xüsusiyyətlərə malik mobil telefonlardan istifadə etməyə icazə veriləcək".

Təyyarədə 5G əhatəsinin təyyarələrdə “pikosell” adlanan xüsusi şəbəkə avadanlığının quraşdırılması sayəsində mümkün olacağı dəqiqləşir. Kiçik mobil baza stansiyaları peyk vasitəsilə yer üzündəki mobil şəbəkəyə telefon zəngləri, mətn mesajları və digər məlumatları göndərəcək. Avropa Komissiyası texnologiyanın yaxın gələcəkdə istifadəyə veriləcəyini vurğulayıb.