Avropanın 4 paytaxtının meri Kiyevə gəldi
Gündəm
20:14 11 yan, 2023

Avropanın 4 şəhərinin meri Kiyevə səfər edib.
Qazet.az xəbər verir ki, bu barədə Varşava meri Rafal Trzaskovski "Twitter" hesabında məlumat yayıb.
Bildirilir ki, Trzaskovski, Praqanın meri Zdenek Hrib, Bratislavanın meri Matus Vallo və Budapeştin meri Qerqeli Karacsoni Kiyevə gəlib.
“Azad və qürurlu Ukraynanın qəlbindəki Kiyev şəhərinə gəldik”, - o qeyd edib.