Bakı 26˚C Sunny

Avropanın ən məşhur avtomobillərinin adı açıqlanıb

Biznes 14:55 26 yan, 2022

Bu barədə “Avtostat” JATO Dynamics tədqiqat şirkətinə istinadən məlumat yayıb

Avropanın ən məşhur avtomobillərinin adı açıqlanıb

Avropanın ən məşhur avtomobillərinin adı açıqlanıb.

Qazet.az xəbər verir ki, bu barədə “Avtostat” JATO Dynamics tədqiqat şirkətinə istinadən məlumat yayıb.

2008-ci ildən indiyədək "Volkswagen Golf" hetçbeki Avropa bazarında liderlik edir. 2021-ci ildə Avropa ölkələrində 205 mindən çox "Golf" satılıb.

Daha sonra siyahıda "Peugeot 208" (196,9 min ədəd), "Dacia Sandero" (196,8 min ədəd), "Renault Clio" (196,2 min ədəd) avtomobilləri gəlir.

"Volkswagen T-Roc" (186,6 min ədəd), "Toyota Yaris" (182,6 min ədəd), "Opel / Vauxhall" (180,6 min ədəd), "Fiat 500" (174,7 min ədəd) və "Citroen C3" (159,3 min ədəd) ən çox satılan avtomobillərin ilk onluğuna daxil olub.