Bakı 10˚C Sunny

Avropanın ən yaxşı musiqiçiləri açıqlandı - FOTO/VİDEO

Maraqlı 12:47 17 noy, 2021

Musiqi dünyasının həyəcanla gözlədiyi gecə baş tutub

Avropanın ən yaxşı musiqiçiləri açıqlandı - <span style="color:red">FOTO/VİDEO</span>

Bazar günü Macarıstanın paytaxtı Budapeştdə EMA kimi tanınan  "MTV Europe Music Awards 2021" mükafatlandırma mərasimi keçirilib.

Qazet.az xarici mənbələrə istinadən xəbər verir ki,  Ed Şiran (Ed Sheeran), Yanqblad (Youngblood) və Litl Miks (Little Mix) MTV Europe Music Awards qalibi oldu.

Ed Sheeran iki nominasiya qazandı, sənətçi ilin ən yaxşı ifaçısı, onun “Bad Habits” treki isə 2021-ci ilin ən yaxşı mahnısı seçildi. 

Müğənni Saviti isə ən yaxşı gənc ifaçı seçilib.  

Gecədə bu ilin "Eurovision" qalibləri "Maneskin" qrupu da yer alıb. Onlar "Ən yaxşı rok ifaçısı" nominasiyasını qazanıblar.

EMA Müsabiqə Münsiflər Heyəti Ən Yaxşı Video kateqoriyasında Lil Nas X Montero-nun MV-ni mükafatlandırdı.

Maks Barskix "ən yaxşı rusdilli ifaçı" oldu. Bu, onun musiqiçi karyerasında ikinci MTV mükafatıdır; sənətçi bu nominasiyada ilk qələbəsini 2010-cu ildə qazanıb.

Ən yaxşı Pop - BTS, Ən Yaxşı Rok - Eurovision qalibləri The Maneskin, Elektro - Devid Quetta, Alternativ - Yanqblad, Latın dilində - Maluma, Hip-hop - Niki Minaj. 

EMA-ya görə ən böyük pərəstişkar ordusuna malik qrup BTS-dir. Bu kateqoriyaya daxil olan digər sənətçilərə Ariana Qrande, Ledi Qaqa, Taylor Svift və Bləkpinkqrupu daxildir. 

Səkkiz kateqoriyada namizəd olan Castin Biber heç bir nominasiya qazana bilmədi. 

 

Günay Cavanşir