Bakı 15˚C Sunny

Avropanın qaz ehtiyatları kəskin şəkildə aşağı düşdü

Biznes 10:26 16 yan, 2022

Bu göstəricilər “Gas Infrastructure Europe” məlumatında əks olunub

Avropanın qaz ehtiyatları kəskin şəkildə aşağı düşdü

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 49,33 faizə düşüb.

Qazet.az xəbər verir ki, bu göstəricilər “Gas Infrastructure Europe” məlumatında əks olunub.

Məlumatda qeyd olunub ki, bu, son beş ildəki orta göstəricidən 16 faiz aşağıdır. Hazırda Avropadakı anbarlarda 53 milyard kubmetr qaz var. Lakin hazırkı qaz tədarükü səviyyəsinin qorunub saxlanılacağı təqdirdə, martın sonuna qədər Avropada qaz ehtiyatları 15 milyard kubmetrdən aşağı düşəcək.