Bakı 10˚C Cloudy

Avrozonada ən yüksək illik inflyasiya Estoniyada qeydə alınıb

Biznes 17:41 19 iyl, 2022

Avropa Statistika İdarəsi məlumat verib

Avrozonada ən yüksək illik inflyasiya Estoniyada qeydə alınıb

Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək illik inflyasiya Estoniyada qeydə alınıb.

Qazet.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi məlumat verib.

Qeyd edilib ki, Estoniyada illik inflyasiya 22%, Litvada 20,5%, Latviyada isə 19,2% olub.

İnflyasiyanın ən aşağı olduğu ölkələr isə Malta (6,1%) və Fransadır (6,5%).

Bildirilib ki, Avrozonada inflyasiyanın səviyyəsi iyunda ötən ayla müqayisədə artaraq 8,6% təşkil edib. Xatırladaq ki, Avrozonada may ayında inflyasiya, təxminən, 8,1% olub.