Avstraliya millisinin DÇ-2022 üçün yekun heyəti
Avstraliya millisinin DÇ-2022 üçün yekun heyəti açıqlanıb.
Qazet.az yerli futbol federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Qrehem Arnold heyətə 26 futbolçunun adını daxil edib.
Avstraliya millisinin DÇ-2022 üçün yekun heyəti:
Qapıçılar: Metyu Rayan (“Kopenhagen”), Denni Vukoviç (“Sentral Coast Marriners”), Endryu Redmeyn (“Sidney”);
Müdafiəçilər: Harri Sutar (“Stok Siti”), Miloş Degenek (“Kolumbus Kru”), Beyli Rayt (“Sanderlend”), Tomas Denq (“Albirex Niiqata”), Fran Karaçiç (“Breşiya”), Nataniel Atkinson, Kai Rouls (hər ikisi “Harts”), Aziz Behiç (“Dandi Yunayted”), Coel Kinq (“Odense”);
Yarımmüdafiəçilər: Aaron Mui (“Seltik”), Cekson İrvin (“Sent Pauli”), Aydın Xrustiç (“Verona”), Kemron Devlin (“Harts”), Rayli Makqri (“Middlsbro”), Keanu Bakus (“Sent. Mirren”);
Hücumçular: Ceymi Meklaren (“Melburn”), Mitçell Dyuk (“Fagiano Okayama”), Ceyson Kamminqs, Qaranj Kuol (hər ikisi “Sentral Koast Marriners”), Aver Mabil (“Kadis”), Metyu Lekki (“Melburn”), Kreyq Qudvin (“Adelaide United”), Martin Boyl (“Hibernian”).
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Avstraliya D qrupunda Danimarka, Fransa və Tunislə mübarizə aparacaq. Komanda ilk oyununu noyabrın 22-si Fransaya qarşı keçirəcək.