Bakı 7˚C Sunny

Avstraliya Ukraynaya 74 milyonluq hərbi yardım ayırır

Gündəm 19:50 04 iyl, 2022

TASS-dan verilən məlumatda deyilir

Avstraliya Ukraynaya 74 milyonluq hərbi yardım ayırır

Avstraliya Ukraynaya 74 milyon dollar həcmində hərbi yardım ayıracaq. 

Qazet.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albanese açıqlayıb. 

Baş nazirin sözlərinə görə, Avstraliyanın Ukraynaya yeni hərbi yardım paketi 67,8 milyon dollar vəsaitdən, eləcə də 14 zirehli transportyor, 20 “Bushmaster” maşını və digər hərbi texnikadan ibarət olacaq. 

Bununla yanaşı, Albanese Avstraliyanın Ukraynanın Sərhəd Mühafizə Xidmətinə 5,9 milyon dollar ayıracağını da bildirib.

Məlumata görə, bununla da, Avstraliyanın Ukraynaya ayırdığı ümumi hərbi yardım 230,6 milyon dollara çatacaq.