Bakı 16˚C Sunny

Avstraliyada azarkeşlər meydançaya çıxaraq futbolçuları döydülər - VİDEO

İdman 07:12 18 dek, 2022
Avstraliyada azarkeşlər meydançaya çıxaraq futbolçuları döydülər - VİDEO

Avstraliya çempionatının “Melburn Siti” – “Melburn Viktori” matçı azarkeşlərin aqressiv davranışı səbəbindən yarımçıq qalıb.

Birinci hissənin ortalarında “Siti” öz meydanında 1:0 hesabı ilə öndə olarkən onlarla azarkeş meydana axışaraq qapıçı Tomas Qlover və digər ev sahibi futbolçularla dava salıb.

Qapıçının üzünə vedrə dəydikdən sonra matçın baş hakimi komandaları tribunaaltı otağa aparıb.

Qeyd edək ki, Avstraliya çempionatına 7 oyundan sonra 16 xalla Melburn Siti başçılıq edir. “Melburn Viktori” isə 10 xalla 7-ci yerdədir.