Avstriya və İtaliya helikopterlərin tədarükü ilə bağlı müqavilə imzalayıb
Biznes
00:37 22 dek, 2022

Avstriyanın müdafiə naziri Klaudiya Tanner və onun italiyalı həmkarı Quido Krosetto Avstriya silahlı qüvvələrinə 18 ədəd “AW169” hərbi helikopterinin ikinci partiyasının tədarükü ilə bağlı müqavilə imzalayıb.
Qazet.az xəbər verir ki, bu barədə Aşağı Avstriya federal əyalətinin hökumətinin mətbuat xidməti məlumat yayıb.
Müqavilənin imzalanması mərasimi Aşağı Avstriyanın Lanqenlebarn şəhərindəki Brumovski aviabazasında baş tutub.