Avstriyada OPEC nazirlərinin növbəti görüşü keçiriləcək
Gündəm
04:39 30 noy, 2022
Dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və OPEC+ nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək.
Qazet.az "İnterfaks"a istinadən xəbər verir ki, görüş Avropa İttifaqının (Aİ) Rusiya neftinin alınmasına embarqosunun başlamasından bir gün əvvəl baş tutacaq.
OPEC+ nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.
Eyni zamanda, nazirlər hər ay deyil, altı aydan bir görüşməyi qərara alıblar, lakin növbəti görüş dekabrın 4-nə təyin edilib.