Avstriyanın yeni kansleri and içib
Avstriya Prezidenti Aleksander Van der Bellen onu and içməyə aparıb
Aleksander Şallenberq Avstriyanın yeni kansleri olaraq and içib.
Qazet.az xəbər verir ki, bu barədə TASS məlumat paylaşıb.
Avstriya Prezidenti Aleksander Van der Bellen onu and içməyə aparıb. Mərasim bu gün keçirilib.
Bildirilib ki, ölkənin keçmiş xarici işlər naziri Aleksander Şallenberq mühafizəkar Avstriya Xalq Partiyasının nümayəndəsidir.
Bundan başqa, Mixael Linxart Avstriyanın yeni xarici işlər naziri təyin edilib. O, 2019-cu ildən Avstriyanın Fransadakı səfiri vəzifəsində işləyib. Səfiri Prezident Van der Bellen vəzifəsindən azad edib.
A.Şallenberq 1969-cu il iyunun 20-də İsveçrənin Bern şəhərində zadəgan əsilli avstriyalı diplomat Volfqanq Şallenberqin ailəsində anadan olub. Aleksander Şallenberq ezamiyyətdə olan atası ilə birlikdə Hindistan, İspaniya və Fransada yaşayıb. Vyana və Paris universitetlərində təhsil alıb. 1997-ci ildə Avstriyanın Xarici İşlər Nazirliyi sistemində çalışır.