Avtobus aşdı - Xeyli sayda yaralı var
Gündəm
09:55 29 noy, 2022
![Avtobus aşdı - Xeyli sayda yaralı var](https://qazet.az/resized/fit900x500/center/pages/126900/638599c9774f0638599c9774f11669700041638599c9774ec638599c9774eejpg-1669700629.jpg)
Türkiyədə sərnişin avtobusu qəza törədib.
Qazet.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Bartın-Zonquldağ yolunda baş verib.
Magistral yolunda qeydə alınan qəzada sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək aşıb. Hadisə yerinə təcili yardım və jandarma briqadaları cəlb edilib.
Verilən məlumata əsasən, hadisə nəticəsində 39 nəfər xəsarət alıb.