Bakı 12˚C Intermittent clouds

Avtobus çaya aşdı - 6 nəfər öldü

Hadisə 00:05 26 dek, 2022
Avtobus çaya aşdı - 6 nəfər öldü

İspaniyanın şimal-qərbində sərnişin avtobusu çaya aşıb.

Qazet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 Hadisə nəticəsində altı nəfər ölüb, iki nəfər yaralanıb.

Sağ qalan iki nəfər - 63 yaşlı sürücü və bir qadın sərnişin yanğınsöndürənlər tərəfindən kəndirlə çaydan çıxarılaraq xəstəxanalara aparılıb.