Bakı 19˚C Cloudy

Avtobus dayanacağa çırpılıb

Gündəm 08:49 12 avq, 2022

Qəzanın qurbanları 30 yaşlı qadın, həmçinin üç və yeddi yaşlı iki qız olub

Avtobus dayanacağa çırpılıb

Yerusəlimdə avtobusun dayanacağa çırpılması nəticəsində ikisi uşaq olmaqla üç nəfər ölüb.

Qazet.az bildirir ki, qəzanın qurbanları 30 yaşlı qadın, həmçinin üç və yeddi yaşlı iki qız olub.

Bir neçə nəfər avtobusun altında qalıb.

Həmçinin bir neçə zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yerusəlim polis rəisi Doron Turgeman bildirib ki, bu qəza terror aktı deyil.