Bakı 6˚C Partly sunny

Avtobus torpaq sürüşməsinin altında qaldı

Cəmiyyət 17:05 05 dek, 2022
Avtobus torpaq sürüşməsinin altında qaldı

Kolumbiyada torpaq sürüşməsi nəticəsində avtobus qəzaya uğrayıb.

Qazet.az xəbər verir ki, Risaralda əyalətində baş verən sürüşmə zamanı 3 nəfər ölüb, onlarla insan torpaq altında qalıb.

Hadisədə avtobus və bir neçə avtomobil torpaq altında qalıb.

Şahidlərin dediyinə görə, bir avtobus, bir avtomobil və bir motosiklet daha irəlidə baş vermiş avtomobil qəzası səbəbindən yolda dayanıb, bundan sonra sürüşmə nəticəsində dağın yamacının bir hissəsi onların üzərinə çöküb.

Avtobusda iki sürücü və 25 sərnişinin olduğu ehtimal edilir.

Kolumbiya prezidenti Qustavo Petro "Twitter"də yazıb ki, 9 nəfər xilas edilib, 20-dən çox adam hələ də itkin düşüb.