Avtobus və metroda cibgirlik edən şəxslər saxlanılıb - YENİLƏNİB
Bakı metrosunda oğurluq olub.
Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə 3 sərnişinin mobil telefonlarının metro stansiyalarında qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
İctimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, paytaxtın Binəqədi rayonu ərazisində marşrut avtobuslarında iki nəfərin içərisində pul, bank kartları və sənəd olan cüzdanlarının qeyri-aşkar şəraitdə oğurlanması, sonradan onlardan birinin bank kartı ilə 290 manat dəyərində alış-veriş olunması barədə polisə məlumatlar daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Əliyev və Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.