Bakı 13˚C Cloudy

Avtobuslarda cibgirlik edən şəxs saxlanılıb - VİDEO

Cəmiyyət 16:00 24 may, 2022

4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıb

Avtobuslarda cibgirlik edən şəxs saxlanılıb -<span style="color:red"> VİDEO</span>

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub.
 DİN-dən Qazet.az-a verilən xəbərə görə, araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub. Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.