Bakı 16˚C Sunny

Avtobusun rezin borusu partladı - Xəsarət alan var

Gündəm 10:38 12 okt, 2022
Avtobusun rezin borusu partladı - Xəsarət alan var

Gəncədə avtobusda sərnişin yanıq xəsarətləri alıb.

Qazet.az xəbər verir ki, şəhər sakini Aygün Əliyeva şəhərdaxili marşrut avtobusunda olan zaman istilik sisteminin rezin borusunun partlaması nəticəsində 1-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.