Bakı 14˚C Sunny

Avtobusun vurduğu 10 yaşlı məktəblinin - Fotosu

Cəmiyyət 14:55 11 yan, 2023
Avtobusun vurduğu 10 yaşlı məktəblinin - Fotosu

Bakıda avtobus vurması nəticəsində vəfat edən məktəblinin adı və yaşı dəqiqləşib. 

Qazet.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, bu, Göyüşov İsa Vüqar oğludur. 

O, paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinfində təhsil alırdı. 

Qeyd edək ki, hadisə ötən gün saat 16:30 radələrində Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib. 44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusunun İ. Göyüşovu vurması nəticəsində məktəbli hadisə yerində dünyasını dəyişib.