Bakı 2˚C Showers

Avtomobil qəzasında 49 nəfər həyatını itirdi

Gündəm 11:47 10 dek, 2021

Meksikanın Çyapas ştatında ağır yol qəzası baş verib.

Avtomobil qəzasında 49 nəfər həyatını itirdi

Meksikanın Çyapas ştatında ağır yol qəzası baş verib.

Trend-in "Noticias MVS" radiostansiyasına istinadən verdiyi məlumata görə, miqrantları daşıyan qoşqulu yük maşını divara çırpılıb, daha sonra isə aşıb.

Məlumata əsasən, qəza nəticəsində 49 nəfər həlak olub, 58 nəfər isə xəsarət alıb.

Bildirilir ki, nəqliyyat vasitəsində olan şəxslərin əksəriyyəti Qvatemala vətəndaşı olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.