Bakı 25˚C Sunny

Avtomobil sənayesinin astronavtikadan mənimsədikləri - FOTO

Biznes 13:24 19 yan, 2022

Əvvəllər astronavtlar üçün nəzərdə tutulan kombinezonlar isə hazırda avtomobil yarışlarında pilotlar tərəfindən istifadə olunur

Avtomobil sənayesinin astronavtikadan mənimsədikləri - <span style="color:red">FOTO</span>

Yuri Qaqarinin kosmosa uçuşu haqqında bütün dünya bilir, baxmayaraq ki, insanlar Yerdən kənara səyahət etməyi ondan çox əvvəl düşünürdülər. 

Qazet.az xəbər verir ki, avtomobil sənayesi kosmik sənayedən çox şey götürüb.

Karbon komponentlərinin əsas keyfiyyətləri istiliyə davamlılıq və yüngül olmasıdır, ona görə də dizaynerlər “Space Shuttle” layihəsi çərçivəsində hava gəmisinin qanadların ön kənarlarını və burnunu onlarla gücləndirdi. Material yüksək temperaturdan mükəmməl qorusa da, çox bahalıdır. Ancaq bu avtomobil şirkətlərinin işlərində ondan istifadəsinə mane olmur.

Bu sənaye astronavtikadan yanacaq elementləri və odadavamlı kombinezonları da mənimsəyib. Yanacaq elementləri ilkin olaraq yerdənkənar kosmosda enerji mənbəyi kimi işlənirdi. Əvvəllər astronavtlar üçün nəzərdə tutulan kombinezonlar isə hazırda avtomobil yarışlarında pilotlar tərəfindən istifadə olunur.

GPS ilk dəfə 70-ci illərdə ortaya çıxıb və elm adamları, hərbçilər tərəfindən istifadə edildi, lakin bu gün o, smartfonların mühüm atributu hesab olunur.

Günəş panelləri əvvəlcə kosmik peyklər üçün enerji mənbəyi rolunu oynayırdı, lakin sonra onlar digər fəaliyyət sahələrində, o cümlədən avtomobil sənayesində istifadə olundu.

Mənbə: Car.ru