Avtomobillərin və telefonların qeydiyyat rüsum qiymətləri artacaq
Gündəm
12:44 27 okt, 2021
Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq
Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum dəyişdirilir.
Qazet.az-ın məlumatına əsasən, bu barədə "Dövlət rüsumu haqqında"qanuna dəyişiklik ediləcək.
Bununla birlikdə ölkəyə gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq.
Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.