Bakı 27˚C Mostly cloudy

AXC-nin elan edildiyi binanın bərpasının ilk mərhələsi yekunlaşıb - FOTO

Gündəm 13:40 26 okt, 2021

Növbəti mərhələ çərçivəsində interyer və daxili həyətdə bərpa işləri həyata keçiriləcək

AXC-nin elan edildiyi binanın bərpasının ilk mərhələsi yekunlaşıb - <span style="color:red">FOTO</span>

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayı binasının bərpa-yenidənqurma işlərinin birinci mərhələsi başa çatıb.

Qazet.az xəbər verir ki, xəbər verir ki, bu barədə şəhər meriyasından bildirilib.

İlk mərhələdə tikilinin fasadı bərpa olunub və dekorativ işıqlandırma quraşdırılıb, dam örtüyünün böyük hissəsi və məhəccər bərpa edilib.

Növbəti mərhələ çərçivəsində interyer və daxili həyətdə bərpa işləri həyata keçiriləcək.

Hazırkı mərhələdə isə zallarda konservasiya- restavrasiya işləri aparılır, daxili kommunikasiyalar qurulur, qapı və pəncərələr bərpa olunur.

Qeyd edək ki, layihənin dəyəri 33,7 milyon lari (10,7 milyon ABŞ dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa çatdırılacağı gözlənilir.

Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın 28-də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.