Aya enən sonuncu astronavt vəfat etdi
Aya ilk dəfə eniş edən, NASA missiyasının sonuncu üzvü, ABŞ astronavtı Valter Kanninqem vəfat edib.
Qazet.az BBC-yə istinadən xəbər verir ki, "Apollo 7"-nin astronavtı Kanninqem, 1968-ci ildə Aya eniş etməsindən bu yana sağ qalan sonuncu ekipaj üzvü idi.
O, həmçinin missiya zamanı ilk canlı yayım həyata keçirən ekipaj üzvlərindən olub.
NASA Kanninqemin ölümünü təsdiqləyib.
Kanninqemin 90 yaşında təbii səbəblərdən öldüyü bildirilir.
NASA onun ölümünü kədərlə qarşılayıb:
“Dünya daha bir əsl qəhrəmanı itirdi və biz onun üçün çox darıxacağıq”.
Today we mourn the passing of Walt Cunningham: U.S. Marine, patriot, and Apollo astronaut.
— NASA (@NASA) January 3, 2023
Cunningham spent 11 days in low-Earth orbit during Apollo 7, the first crewed Apollo flight, and was instrumental to our Moon landing's program success: https://t.co/VrXhOwQwYd pic.twitter.com/8uquEjdxM7