Yazıçılar Birliyinin sədrliyinə üç namizədin adı açıqlandı
Gündəm
11:33 26 okt, 2022

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.
Qazet.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
Qeyd edək ki, AYB-nin hazırki sədri ona 1987-ci ildən bəri rəhbərlik edən Xalq yazıçısı Anar Rzayevdir.