Aygün Kazımova görünüşü üçün 31 min manat xərclədi - FOTOLAR
Maraqlı
11:34 10 yan, 2023
Xalq artisti Aygün Kazımova yenə də geyimi ilə diqqət çəkib.
Qazet.az xəbər verir ki, müğənni qatıldığı çəkilişlərdən birində dünyanın məşhur brendlərinin kolleksiyalarından istifadə edib.
Kazımovanın "Dolce & Gabbana" brendindən geyindiyi pencəyin qiyməti 4 min manat, çəkmə isə 2 min manatdır. Pop diva eyni zamanda "Roberto coin" brendinin zinət əşyalarını taxıb. Onun dəsti 15 min dollardır (25 min 500 manat).
Aygün Kazımova çəkiliş üçün görünüşünə ümumilikdə, 31 min 500 manat xərcləyib.