Bakı 18˚C Mostly sunny

Ayı evlənməklərinə mane oldu - VİDEO

Maraqlı 10:06 26 okt, 2022
Ayı evlənməklərinə mane oldu - VİDEO

Meksikanın Çipink parkında maraqlı hadisə qeydə alınıb.

Qazet.az xəbər verir ki, evlənmək istəyən iki gəncə ayı mane olub.

Belə ki, xanıma evlilik təklif edən gənc bu anı lentə alarkən kameranın qarşısından ayı keçib. 

Qız hadisənin onlar üçün unudulmaz olduğunu qeyd edib və hadisəyə belə şərh verib:

"Dizi üstə çöküb mənə evlənmə təklif etdi və mən ona "hə" cavabı verdim. Həmin vaxt bizi lentə alan operator dedi ki, qorxmayın. Və biz səs eşitdik. Operatorumuzun arxasında nəhəng bir ayı var idi. Daha sonra ayı kameranın qarşısından keçərək səssizcə çıxıb getdi. Bu, bizim  üçün unudulmaz an idi. Düşünürəm ki, ayının orda olması ilə təbiət də bizim bu anımıza şahidlik etdi.

Yaşananları belə qiymətləndirirəm".