Bakı 3˚C Showers

Ayın qədim Yerin bir hissəsi olduğuna daha sübut tapıldı

Maraqlı 10:30 13 avq, 2022

Bunun üçün kütlə spektrometrindən istifadə edilib

Ayın qədim Yerin bir hissəsi olduğuna daha sübut tapıldı

Sürix Universitetinin geofizikləri Ayın vaxtilə Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar.

Ayın mənşəyi ilə bağlı bəzi fərziyyələrə görə, o, bu və ya digər səbəbdən - məsələn, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə olan obyektlə toqquşmadan sonra gənc Yerdən ayrılan maddədən əmələ gəlib.

Bu versiyanı sınaqdan keçirmək üçün alimlər Antarktida buzundan çıxarılmış altı Ay meteoritinin kimyəvi tərkibini öyrəniblər. Bunun üçün kütlə spektrometrindən istifadə edilib.

Qeyd edək ki, bu fraqmentlər Ayın digər kosmik cisimlərlə toqquşması nəticəsində Yerə düşür.

Təhlillər nəticəsində alimlər müəyyən ediblər ki, Ay meteoritlərinin tərkibində olan helium və neon inert qazlarının izotopları Günəş küləyində tapılan izotoplarla (ionlaşmış hissəciklər axını) üst-üstə düşür.

Alimlərin fikrincə, Ay qayaları heç vaxt buna məruz qalmayıb.

Arqon izotopunun xarakterik konsentrasiyası ilə birlikdə, bu, sözügedən maddələrin Yerdən miras alındığı nəzəriyyəsini dəstəkləyir.

Mənbə: gazeta.ru