Bakı 25˚C Sunny

Azad edilən ərazilərdə daha 38 mina aşkarlanıb - FOTO

Cəmiyyət 14:09 13 dek, 2021

Nəticədə 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Azad edilən ərazilərdə daha 38 mina aşkarlanıb - <span style="color:red">FOTO</span>

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Qazet.az-a verilən məlumata görə, dekabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 9, tank əleyhinə 29 mina və 262 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.