Bakı 22˚C Mostly cloudy

Azad edilən ərazilərdə daha 57 mina aşkarlanıb

Cəmiyyət 15:14 28 fev, 2022

Nəticədə 94,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Azad edilən ərazilərdə daha 57 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Qazet.az-a verilən məlumata görə, fevralın 21-dən 26-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 24 mina və 266 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 94,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.