Azad edilən ərazilərdə Zəfər muzeyləri açılır
Gündəm
15:39 21 dek, 2021
“Bu məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib”

“Həm Bakıda, həm də işğaldan azad edilən ərazilərdə Zəfər muzeyləri açılır və bununla bağlı işlər davam etdirilir”
Qazet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, bu məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib.
Nazir qeyd edib ki, muzeyin konsepsiyası və məzmunu ilə bağlı işlərə kompleks şəkildə baxılır: "Bunların hamısının həlli üçün işlər aparılır" - A.Kərimov deyib.