Azad edilən ərazilərdən mindən çox partlamamış hərbi sursat tapılıb - FOTO
Cəmiyyət
13:33 18 okt, 2021
Əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Agentlikdən Qazet.az-a verilən məlumata görə, oktyabrın 11-dən 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 140 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 1 146 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 141,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.