Bakı 18˚C Mostly sunny

Azad edilmiş ərazilərdə peşə məktəblərinin yaradılması məsələsinə baxılır

Cəmiyyət 17:28 17 sen, 2021

İşğaldan azad edilmiş torpaqlaırmızda bir çox işlər görülür

Azad edilmiş ərazilərdə peşə məktəblərinin yaradılması məsələsinə baxılır

“Peşə təhsil sistemi Ermənistanın işğalçı dövründə ən çox zərər görən sistemlərdən biri olub”.

Qazet.az-ın məlumatına görə, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları düşmən tərəfindən işğal edildikdən sonra peşə təhsili müəssisələrinə aid infrastrukturun təxminən 50 faizi qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün istifadə olunurdu:

“Eyni zamanda, Azərbaycanın işğal altında olan torpaqlarında 12 peşə təhsil müəssisəsi fəaliyyət göstərirdi. İşğaldan sonra həmin təhsil müəssisələrinin altısı tamamilə fəaliyyətini dayandırıb, altısı isə köçkün məktəbləri formasında rayonlarda fəaliyyət göstərir. Torpaqlarımızın işğaldan azad olunması ilə İşçi qrup və komissiyalar dövlət qurumlarında bir çox işlər görür”.

“İşğaldan azad olunan torpaqlarda peşə təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı isə torpaqların yenidən qurulması siyasətinə uyğun olaraq profillər və ixtisaslar, infrastruktur, ilk məktəbin harada tikiləcəyi məsələlərinə baxılır”, - deyə o qeyd edib.