Bakı 26˚C Intermittent clouds

Azad olunan ərazilərdə daha 148 mina aşkarlanıb -FOTO

Cəmiyyət 16:55 20 sen, 2021

Ərazidə partlamamış hərbi sursat aşkarlanıb

Azad olunan ərazilərdə daha 148 mina aşkarlanıb -<span style="color:red">FOTO</span>

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Qazet.az-a verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 324 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.