Bakı 23˚C Windy

Azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Gündəm 12:28 01 noy, 2021

Tank əleyhinə 154 mina və 1 389 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

Qazet.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 338, tank əleyhinə 154 mina və 1 389 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 408 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.