Azad olunmuş ərazilərə növbəti köç olacaq
Gündəm
11:52 23 noy, 2022
Yaxın vaxtlarda Ağalı kəndinə növbəti köç nəzərdə tutulur.
Qazet.az xəbər verir ki, bunu mediaya açıqlamasında işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndinin icra nümayəndəsi Gəray Hüseynov deyib.
İcra nümayəndəsi bildirib ki, hazırda növbəti köç üçün nəzərdə tutulan evlər təmir olunur:
"Evlər təmir olunub başa çatan kimi Ağalıya növbəti köç həyata keçiriləcək. Nə qədər adamın köçürüləcəyi bir neçə günə müəyyənləşəcək. Növbəti köçün təmin olunması bu ilin dekabr ayına nəzərdə tutulub. Hazırda kənddə tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir. Otelin tikintisi prosesi hələ ki, yekunlaşmayıb, iş gedir".
Qaynaq