Bakı 2˚C Partly sunny

AZAL İspaniyada sərgidə iştirak edir

Cəmiyyət 15:10 30 noy, 2022
AZAL İspaniyada sərgidə iştirak edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Ispaniyanın Barselona şəhərində keçirilən "IBTM World 2022" beynəlxalq turizm və ticarət sərgisində iştirak edir.

Qazet.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviaşirkət Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ilə birlikdə ölkənin turizm imkanlarını və xarici turistləri cəlb edə biləcək tranzit marşrutlarını geniş təqdim edir.